
Bakı. Trend:
Müştəri təcrübəsini daha da təkmilləşdirmək və maliyyə
xidmətlərinə əlçatanlığı artırmaq məqsədilə ölkənin aparıcı
korporativ maliyyə institutu “PAŞA Bank” yeni təşəbbüslərini davam
etdirir.
Belə ki, Bank faktorinq xidmətindən ilk dəfə istifadə edən
sahibkarlar üçün xüsusi kampaniya təqdim edir. Kampaniya
çərçivəsində sahibkarlar 1 000 000 AZN-dək faktorinq kreditini
illik cəmi 10%-dən əldə etmək imkanı qazanırlar.
Yeni təklif bizneslərin dövriyyə kapitalına çevik çıxışını təmin
etməklə yanaşı, nağd vəsait çatışmazlığı riskini də minimuma
endirir. Kreditin onlayn şəkildə rəsmiləşdirilməsi isə prosesi daha
da sürətləndirir – müraciət edən sahibkarların hesabına vəsait 1 iş
günü ərzində köçürülür. Xidmətin təqdim etdiyi üstünlüklər:
– Girovsuz və sürətli maliyyələşmə
– Nağd vəsaitə operativ çıxış
– Dövriyyə kapitalının gücləndirilməsi
– Tam onlayn müraciət və şəffaf proses
Faktorinq məhsulunun bütün üstünlükləri haqqında ətraflı məlumat
almaq və onlayn müraciət forması üçün bu linkə keçid alın. Qeyd edək
ki, “PAŞA Bank” 2014-cü ildən etibarən ölkədə faktorinq xidmətləri
göstərir. Xidmətdən yalnız “PAŞA Bank”ın müştəriləri deyil, ölkədə
fəaliyyət göstərən digər hüquqi şəxslər və fərdi sahibkarlar da
istifadə edə bilər.
Bank son illər ərzində rəqəmsal bankçılıq və biznes yönümlü
xidmətlər sahəsində mühüm uğurlara imza atıb. Bu nailiyyətlər “PAŞA
Bank”ın KOS-lara xüsusi diqqət yetirən müştəriyönümlü yanaşmasının,
rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyasının və bizneslər üçün
optimallaşdırılmış innovativ həllərinin bariz nümunəsidir. 2025-ci
ilin “CustomerFirst” ili elan olunması isə bu yanaşmanın strateji
əsasda davam etdirildiyini və müştəri məmnuniyyətinin Bank üçün
əsas prioritet olduğunu bir daha təsdiqləyir. Rəqəmsal imkanlar
vasitəsilə sahibkarlara təqdim edilən çevik və etibarlı maliyyə
həlləri ölkənin iqtisadi inkişafına, qeyri-neft sektorunun
güclənməsinə və rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə
verir.

