Yaxın gələcəkdə Azərbaycan və İrandan olan yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərləri baş tutacaq

Baş səhifə

Yaxın gələcəkdə Azərbaycan və İrandan olan yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərləri baş tutacaq.

APA xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ISNA-ya verdiyi müsahibədə bildirib.

Əli Əlizadə, İqtisadi Əməkfaşlıq Təşkilatının-nun son toplantısının Qarabağda keçirilməsi və təşkilatın gələcək perspektivləri barədə danışıb və qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) bu ilki iclası torpaqların azad edilməsindən sonra ilk dəfə olaraq Qarabağda yerləşən Xankəndi şəhərində keçirilib.

“İran Prezidenti Məsud Pezeşkian digər üzv ölkələrin rəhbərləri ilə birlikdə bu iclasda iştirak etmişdi. Bu toplantı İƏT həftəsi çərçivəsində keçirildi ki, bu da qadınlar və gənclər üzrə ixtisaslaşmış sessiyaları və həmçinin əsas iclası əhatə edirdi” Azərbaycan səfiri bildirib.

Səfirinin sözlərinə görə, iclasın və yan tədbirlərin nəticələri çox uğurlu olub. “Azərbaycan İƏT-in üzvü kimi əməkdaşlığı gücləndirməyə və üzv ölkələr arasında əlaqələrin inkişafı üçün daha çox səy göstərməyə sadiqdir.” Əli Əlizadə vurğulayıb.

Azərbaycanlı diplomat iqtisadi əməkdaşlığın perspektivləri mövzusunda, İƏT-ə üzv ölkələr arasında iqtisadi əlaqələrin artan dinamikası işarə edib və qeyd edib ki, hər il üzv ölkələr arasında ticarət həcmi artır və iqtisadi-ticarət sahəsində bu əlaqələr daha da möhkəmlənəcək.

Əli Əlizadə, İran və Azərbaycan Respublikasının münasibətlərini qardaşca və dostyana olaraq səciyyələndirib. “İnşallah hər şey inkişaf yolu ilə getsin. Bildiyiniz kimi, İranın prezidenti indiyədək Azərbaycana iki uğurlu səfər edib və yaxın gələcəkdə də tərəflər arasında yüksək səviyyəli — lakin prezidentlər səviyyəsində deyil — görüşlər və qarşılıqlı səfərlər keçiriləcək.” Azərbaycanın İrandakı səfiri bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir