
Bakı. Trend:
NATO ölkələri avqust ayından etibarən ABŞ-dən Ukrayna üçün 4
milyard avro dəyərində silah alıb. 2025-ci ilin sonuna qədər bu
rəqəm 5 milyard avroya çatacaq, 2026-cı ildə isə hər ay təxminən 1
milyard avro təşkil etməlidir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Brüsseldə səfərdə olan NATO baş
katibi Mark Rütte bəyan edib.
“NATO ölkələri PURL təşəbbüsü çərçivəsində Ukrayna üçün artıq 4
milyard avro dəyərində silah alıblar, ilin sonuna qədər bunun 5
milyard avro olacağını gözləyirik. Bu, ilk növbədə sursatlar
üçündür, xüsusilə də hava hücumundan müdafiə üçün”, – deyə o
vurğulayıb.
Qeyd edək ki, NATO baş katibi Brüsselə alyansın xarici işlər
nazirlərinin toplantısında iştirak etmək üçün gedib.

