Əcnəbilərin və təhsilalanların əmək fəaliyyəti üçün müddətli müqavilələrə icazə veriləcək

Baş səhifə

Bakı. Trend:

Əcnəbilər iş icazəsi əsasında Azərbaycanda haqqı ödənilən əmək
fəaliyyətinə cəlb olunduqda əmək müqaviləsinin müəyyən müddətə
bağlanılmasına yol veriləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.




Layihəyə əsasən, aşağıdakı hallarda da əmək müqaviləsinin
müəyyən müddətə bağlanılmasına yol veriləcək:

– təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi
hallarda
– əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında
Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək
fəaliyyətinə cəlb olunduqda;
– qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir