
Bakı. Trend:
Ukrayna münaqişəsinin həllinə dair İstanbulda danışıqlarını
bərpa etmək üçün Rusiya və Ukrayna nümayəndələri ilə təmaslar
qurulur.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip
Ərdoğan telefon danışığı zamanı fransalı həmkarı Emmanuel Makrona
deyib.
Ərdoğan bildirib ki,Türkiyə Ukrayna ilə Rusiya arasındakı
münaqişənin ədalətli və davamlı sülh ilə başa çatması üçün maksimum
səylər göstərir.
O, Türkiyənin “sülh qapısının” ən qısa zamanda açılması üçün
mümkün olan hər şeyi etməyə hazır olduğunu diqqətə çatdırıb.
.

