“Bakı Fond Birjası”nın dövriyyəsi azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında “Bakı Fond Birjası” QSC-də (BFB)
bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 58,173
milyard manat təşkil edib.

Trend BFB-yə
istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə
5,572 milyard manat və ya 8,7% azdır.

Eyni zamanda hesabat dövründə 26 785 olub ki, bu da ötən ilin
eyni dövrü ilə müqayisədə 41 363 vahid və ya 2,5 dəfə azdır.




BFB-nin dövriyyəsinin 46,818 milyard manatı repo
əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə 9,010
milyard manat və ya 16,1% azdır.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri
3,323 milyard manat və ya 57% artaraq 9,153 milyard manata bərabər
olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir