Dünyanın ən populyar qatlanan smartfonları məlum olub

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin 3-cü rübünün yekunlarına əsasən, qatlanan
smartfonlar bazarında “Samsung” şirkətinin buraxdığı mobil cihazlar
liderdir.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Counterpoint Research” (CR) araşdırma şirkətinin hesabatına
əsasən, ümumilikdə 2025-ci ilin 3-cü rübündə qatlanan smartfonların
satışı qlobal səviyyədə 14 faiz artıb. Onların ümumi smartfon
tədarüklərindəki payı isə rekord səviyyəyə – 2,5 faizə
yüksəlib.




“CR” mütəxəssisləri ən populyar markaları və qatlanan cihaz
modellərini açıqlayıblar. Üçüncü rübdə lider “Samsung” olub və
bazar payı 64 faiz təşkil edib. Onu “Huawei” və “Motorola” izləyib,
müvafiq olaraq 15 və 7 faiz pay alıblar. Ən çox satılan modellər
isə “Samsung Galaxy Z Fold 7”, “Huawei Mate X”s və “Motorola Razr
60” olub.

“CR” analitikləri qeyd ediblər ki, 2026-cı ildə bazarda yeni
sıçrayış gözlənilir, çünki bazar “daha nəzərəçarpan genişlənmə”
mərhələsinə daxil olacaq. Həmçinin, bu il “Apple” öz ilk qatlanan
cihazını təqdim etməlidir. Hesabat müəllifləri vurğulayıblar:

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir