İtaliyada yaşayan soydaşımız Gənc Avropa səfiri seçilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

İtaliyanın Genuya şəhərində yaşayan doktorant, beynəlxalq
təhlükəsizlik və siyasi araşdırmalar üzrə tədqiqatçı, diaspor fəalı
Toğrul Əliyev 2026–2027-ci illər üzrə Gənc Avropa səfiri (YEAs)
seçilib.

Trend xəbər verir ki, bu
barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.




“Gənc Avropa səfirləri” (YEAs) təşəbbüsü 2016-cı ildə Avropa
İttifaqının (Aİ) “Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya
Proqramı” (“EU NEIGHBOURS east”) çərçivəsində həyata keçirilməyə
başlanıb. Bu təşəbbüs Azərbaycan, Belarus, Gürcüstan, Moldova,
Ukrayna, Ermənistan, eləcə də Aİ-yə üzv dövlətlər və Birləşmiş
Krallıqdan olan gəncləri bir araya gətirən, onları əlaqələndirən,
qeyri-siyasi, könüllülük prinsiplərinə əsaslanan və dinamik şəkildə
fəaliyyət göstərən bir kommunikasiya şəbəkəsidir. Şəbəkə Aİ-nin
Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı barədə məlumatlılığın
artırılmasını, müxtəlif mövzularda siyasi dialoqa dəstək
verilməsini və daha yaxşı gələcək naminə birgə fəaliyyətin təşviq
edilməsini hədəfləyir.

Qeyd edək ki, Toğrul Əliyev Türkiyə və İtaliyada təhsil alıb.
“Erasmus+” proqramı çərçivəsində bir neçə Avropa ölkəsində təcrübə
keçib. Diaspor layihələrində fəal iştirak edən soydaşımız
Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin
iştirakçısı, Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatının
üzvüdür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir