
Bakı. Trend:
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və
ödənilməsi qaydalarında dəyişiklik ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.
Mövcud qanunvericiliyə əsasən, məzuniyyət vaxtı üçün ödənilən
orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı
olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının
orta əmək haqqına əsasən müəyyən edilir.
Layihəyə əsasən, məzuniyyət vaxtı üçün orta əməkhaqqı
hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin
təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də
işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya
tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz
olunacaq.

