
Livan və İsraildən olan mülki nümayəndələr onilliklərdən bəri ilk dəfə olaraq birbaşa görüşüblər.
APA bu barədə “The Times of Israel”ə istinadən xəbər verir.
Görüş BMT-nin sülhməramlı missiyasının Livandakı qərargahında, İsraillə sərhədin yaxınlığında yerləşən Naqura adlı bölgədə keçirilir.
Danışıqlarda ABŞ prezidentinin Livan üzrə xüsusi elçisi Morqan Ortaqus da iştirak edir.
Qeyd edək ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Livana israilli nümayəndənin səfər edəcəyini və iqtisadi əlaqələr barədə danışıqlar aparacağını bildirmişdi.

