
Bakı. Trend:
İndiyədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 56
310 borcalana 3,713 milyard manat kredit verilib.
Bu barədə Trend İKZF-dən məlumat əldə edib.
Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin
məbləği 676 798 milyon manata bərabər olub.
8 699 mənzil isə kirayə vermək yolu ilə realizə edilib.
İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit
Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və
onların hüquqi varisidir.

