
Ərazilərin işğaldan azad edilməsi Gürcüstan hökuməti üçün qırmızı xəttdir.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.
O qeyd edib ki, bu məsələdə hər hansı bir güzəşt mümkün deyil.
“İşğala son qoyulması bizim üçün qırmızı xəttdir və əlbəttə ki, bu məsələyə yenidən baxmayacağıq”, – Kobaxidze əlavə edib.
Qeyd edək ki, Rusiyanın Xarici İşlər Nazirliyindən “İzvestiya” nəşrinə bildirilib ki, Moskva Tbilisi ilə münasibətlərin normallaşdırılmasına hazır olsa da, siyasi dialoqun bərpası üçün zəmin görmür. Qeyd olunub ki, əsas fikir ayrılığı Gürcüstanın Tsxinvali bölgəsi və Abxaziya üzrə mövqeyi ilə bağlıdır.

