MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə
qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər
müəyyən olunublar.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.




“Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən
edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış
mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə
qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar.

Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri
görülür”, – deyə məlumatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir