
Bakı. Trend:
Opera və Balet Teatrı yeni mövsümdə Omana qastrola gedəcək.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Akademik Opera və Balet Teatrının
rəhbəri, Xalq artisti Yusif Eyvazov “Real İntervyu”-da
bildirib.
Onun sözlərinə görə, “Opera və balet günləri” layihəsi yeni
mövsümdə də davam edəcək:
“Biz yeni mövsümün tamaşalarını tamamlayıb təsdiq etmişik. İlin
başlanğıcında bizim orekstr, xor və bizim iştirakçılar Omana
qastrola gedəcək. Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının Orkestri və Xor ilə Maskat Kral Opera Evində “Toska” ilə
çıxış edəcəyik. Tamaşa 29 və 31 yanvar 2026-cı il tarixlərində iki
dəfə oynanılacaq.
Musiqiçilərimizin Azərbaycandan kənarda çıxış etməsi musiqiçinin
inkişafına, dünya görüşünün artmasına və yaxşı mənada rəqibliyə
səbəb olur”.

