
Bakı.Trend:
Azərbaycanda yüzlərlə vətəndaşın etibarından sui-istifadə
edilərək onların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan
keçirilib, həmin “yalançı sahibkarlıq” subyektlərindən istifadə
etməklə törədilmiş əməllərlə dövlət büdcəsinə külli miqdarda zərər
vurulub.
Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluğun vətəndaşlara müraciətində
deyilir.
Bildirilib ki, belə qanunsuz sxemlərə qoşulan şəxslər, habelə
onlara şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyəti
daşıyırlar. Vətəndaşlardan xahiş olunur ki, heç bir halda şəxsiyyət
məlumatlarını tanımadıqları şəxslərə verməsinlər və şübhəli
hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat
versinlər.

