
Bakı. Trend:
“Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzin fəaliyyətinin
əsas məqsədi heriatrik yaş qrupundan olan pasiyentlərə müayinə,
müalicə-məsləhət yardımıdır. Yaşlılıq dövrü 60 yaşdan başlayır və o
yaşdan olan bütün şəxslər müraciət edə bilər”.
Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Bakı şəhər
Herontoloji Mərkəzinin direktoru vəzifəsini icra edən Nailə
Əhmədova açıqlayıb.
Onun sözlərinə görə, mərkəzdə müayinədən keçib müvafiq müalicə
almaq üçün vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədlə müraciət
edə bilərlər:
“Bu həm yaşlı, həm də cavan vətəndaşlara aiddir. Yaşlı insanlar
daha çox ürək-damar, həzm, sinir, endokrin, sidik-cinsiyyət,
sümük-əzələ sistemi xəstəlikləri, görmə, eşitmə zəifliyi kimi
patologiyalarla müraciət edirlər. Müraciət üçün şəxslərdə
xəstəliklərin olması mütləq deyil. Profilaktik olaraq da müayinədən
keçib, məsləhət ala bilərlər”.

