
Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyədə kiçik və
orta biznesə dəstəyi genişləndirmək, o cümlədən inklüziv artım və
rəqəmsal investisiyaları inkişaf etdirmək məqsədilə “Akbank”a 130
milyon ABŞ dolları (112,4 milyon avro) məbləğində maliyyələşmə
təqdim edib.
Trend bu barədə
AYİB-ə istinadən xəbər verir.
Məlumata görə, maliyyələşmə paketi AYİB-in üç proqramı üzrə
dəstəyi əhatə edir:
- “Türkiye Women in Business II” proqramı çərçivəsində qadınların
rəhbərlik etdiyi KOB-ların kreditləşdirilməsi üçün 70 milyon ABŞ
dollarınadək (60,5 milyon avro) kredit; - Türkiyədə “Youth in Business” proqramı üzrə gənclərə məxsus
KOB-ların maliyyələşdirilməsi üçün 50 milyon ABŞ dollarınadək (43,2
milyon avro) kredit; - “Türkiye Digital Transformation Financing Facility”
çərçivəsində Türkiyənin istehsal sahəsində fəaliyyət göstərən
KOB-ların rəqəmsal transformasiya üzrə investisiyalarını
dəstəkləmək məqsədilə 10 milyon ABŞ dolları (8,6 milyon avro)
məbləğində kredit.
“Müqavilə Avropa İttifaqının EFSD+ çərçivəsində “Growth4All”
zəmanəti vasitəsilə ilkin itkilərin qarşılanması, eləcə də
Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi tərəfindən Türkiyə Kiçik və
Orta Biznesin İnkişafı Təşkilatı (KOSGEB) və Kredit Zəmanət Fondu
(KGF) vasitəsilə dəstəklənir.

