Bakı və Abşeronda oğurluq edən şəxslər saxlanılıblar

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Xətai rayonu ərazisində yerləşən mağazaların birindən
3150 manat oğurlanıb.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının
həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən
Z.Məmmədli və T.Cəfərli saxlanılıb.




Nizami rayonunda isə gecə saatlarında bir nəfərə məxsus moped və
Xırdalan şəhərində marketlərin birindən oğurluq etməkdə şübhəli
bilinən F.Hüseynli, Ö.Əhmədov, eləcə də R.Kərimov da polis
əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir