
Bakı. Trend:
Azərbaycanın oktyabrda Qəbələdə keçirilən Zirvə toplantısından
sonra Türk Dövlətləri Təşkilatına sədrliyi təhvil almasını nəzərə
alsaq, TDT üzv dövlətlərin kartoqrafiya qurumlarının rəhbərlərinin
II iclasının Bakıda keçirilməsi xüsusi önəm kəsb edir.
Trend xəbər verir
ki, bunu TDT baş katibinin müavini – Merey Mukacan TDT-in
Kartoqrafiya üzrə İşçi qrupunun II iclası çərçivəsində
jurnalistlərə bildirib.
Onun sözlərinə görə, xəritəçəkmə üzrə mütəxəssislərin Bakıda
keçirilən görüşü ölkələrin əməkdaşlığının hazırkı mərhələsinin
əhəmiyyətini artırır. Çünki ilk dəfə olaraq xəritələrin
hazırlanması üzrə sistemli iş təşkilata sədrlik edən ölkənin
rəhbərliyi altında həyata keçirilir.
O qeyd edib ki, əvvəl TDT ölkələrinin xəritələrini üçüncü
tərəflər hazırlayırdı, indi isə bu prosesə dövlətlərin özləri
nəzarət edir.

