
Bakı. Trend:
Beynəlxalq sərnişindaşımalara tələbatın (RPK) həcmi oktyabr
ayında illik ifadədə 8,5 faiz artıb.
Trend bu barədə
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən məlumat
verir.
Qeyd olunur ki, iki rəqəmli artım tempi Asiya-Sakit okean
regionunda və Yaxın Şərqdə müşahidə olunub.
“Yüklənmə əmsalı Şimali və Cənubi Amerika istisna olmaqla bütün
regionlarda yaxşılaşıb. Asiyada sərnişin axını güclü dinamika
göstərib: Çin, Yaponiya və Vyetnama olan və bu ölkələrdən həyata
keçirilən daşımalar nəzərəçarpacaq dərəcədə artıb — hər bir
istiqamət üzrə illik artım 10 faizi keçib. Yaxın Şərqdəki
əhəmiyyətli dinamikanın bir hissəsi ötən ilin aşağı göstəriciləri
ilə izah olunur, həmin vaxt regiondakı geosiyasi gərginlik hava
daşımalarında fasilələrə səbəb olurdu”, – deyə assosiasiya
bildirir.
Regionlar üzrə dinamika isə belə olub: Asiya–Sakit okean
regionunda beynəlxalq tələbat 10,9 faiz artıb, tutum isə 9,1 faiz
yüksəlib. Yüklənmə əmsalı 84,4 faizə çataraq 1,4 bənd yaxşılaşıb.
Avropada tələbat 7,4 faiz artıb, tutum isə 6 faiz yüksəlib,
nəticədə yüklənmə əmsalı 86,5 faizə (+1,2 bənd) qalxıb. Şimali
Amerikada RPK 4,5 faiz, ASK isə 4,7 faiz artıb, lakin yüklənmə
əmsalı 84,2 faizə düşüb (-0,1 bənd). Yaxın Şərqdə tələbat 10,7
faiz, tutum isə 8,1 faiz artıb; yüklənmə 82,5 faizə yüksəlib (+2
bənd).
Latın Amerikasında tələbat 7,2 faiz, ASK isə 8,2 faiz artıb,
yüklənmə əmsalı 84,6 faizə enib (-0,8 bənd). Afrikada tələbat 7,3
faiz, tutum isə 5,3 faiz artıb, yüklənmə əmsalı 74,1 faizə çatıb
(+1,4 bənd).
|
Region |
RPK |
ASK |
Yüklənmə (PLF) |
|
Asiya-Sakit okean regionu |
10,9% |
9,1% |
84,4% (+1,4 bənd) |
|
Avropa |
7,4% |
6,0% |
86,5% (+1.2 bənd) |
|
Şimali Amerika |
4,5% |
4,7% |
84,2% (-0,1 bənd) |
|
Yaxın Şərq |
10,7% |
8,1% |
82,5% (+2,0 bənd) |
|
Latın Amerikası |
7,2% |
8,2% |
84,6% (-0,8 bənd) |
|
Afrika |
7,3% |
5,3% |
74,1% (+1,4 bənd) |

