Herontoloji Mərkəzə son 5 ildə müraciət edənlərin sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

“Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzi herontologiya
sahəsində uzun illərin təcrübəsini nəzərə alaraq 2020-ci ildə
“Sağlamlıq sahəsi” poliklinikasının əsasında yaranıb”.

Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Bakı şəhər
Herontoloji Mərkəzinin direktoru vəzifəsini icra edən Nailə
Əhmədova açıqlayıb.

Onun sözlərinə görə, müəssisə təsis edilənə qədər də
müraciətlərin əsas hissəsini təqaüdçülər təşkil edib:




“Bu, hal hazırda da belədir. 2020-ci il üçün müraciət sayı ümumi
olaraq 1294 nəfər olub. Onlardan 789-u, yəni müraciət edənlərin
61%-ni təqaüdçü olub. 2025-ci ilin dekabr ayının 2-nə qədər olan
ümumi müraciət 2546 nəfər olub. Onlardan 1644 nəfəri
təqaüdçülərdir. Bu da 64,6% təşkil edir”.

N.Əhmədova bildirib ki, statistik məlumatlardan da göründüyü
kimi, ümumi sayın artımı ilə bərabər, təqaüdçülərin də müraciətləri
çoxalıb:

“Dünyada və Azərbaycandakı yaşlı əhlinin statistik gözəçarpan
artımını da nəzərə alsaq, bu həssas təbəqənin ixtisaslaşmış tibbi
yardım almaq üçün müraciətlərinin müvafiq olaraq artması
gözlənilir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir