
Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta 3–4 dekabr tarixlərində Qazaxıstana səfər edəcək.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.
Koşta Aİ-nin Mərkəzi Asiya ilə əməkdaşlığını daha da gücləndirmək məqsədilə Astanaya gedəcək.
Məlumatda deyirlir ki, Koşta Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək və Aİ–Qazaxıstan arasında “Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin (EPCA) imzalanmasının 10 illiyinə həsr olunmuş mərasimdə iştirak edəcək və birgə bəyanatla çıxış edəcək.

