Ardahan valisi: Yeni geosiyasi reallıq Naxçıvanla sərhəd bölgələrə böyük iqtisadi imkanlar açır

Baş səhifə

“Xüsusilə Qarabağımızın azad edilməsindən sonra yaranmış yeni geosiyasi reallıq, Zəngəzur dəhlizinin önəmi həm Naxçıvanımıza, həm də sərhəd bölgələrinə – Iğdır, Qars, Ardahan, Ağrı və Ərzurum vilayətlərinə böyük iqtisadi imkanlar açır. Bu kimi addımların gələcəkdə çox faydalı olacağına inanırıq”.

Bu sözləri APA-ya açıqlamasında Ardahan valisi Hayrettin Çiçək deyib.

O bildirib ki, regional əlaqələrin gücləndirilməsi baxımından bu addımlar xüsusi əhəmiyyət daşıyır: “Sektor təmsilçilərimiz də burada qarşılıqlı tanışlıq imkanı əldə etdilər. Onsuz da Iğdır iş dünyası uzun illərdir Naxçıvanla çox yaxşı münasibətlər qurub. Ardahan, Qars, Ərzurum və Ağrıdan olan iş adamlarımızın da gələcəkdə bu bölgələrdə mühüm yatırımlar həyata keçirəcəklərinə inanırıq. Eyni şəkildə, azərbaycanlı və naxçıvanlı iş adamlarının da bölgəmizə sərmayə qoyması üçün çox münbit şərait mövcuddur”.

Hayrettin Çiçək qeyd edib ki, qardaşlıq üzərində qurulmuş bu əməkdaşlıq modeli həm bu günümüz, həm də gələcəyimiz üçün güclü bir təməldir: “Azərbaycan–Türkiyə birliyi bölgənin inkişafına, sabitliyinə və rifahına xidmət edən ən mühüm dayaqlardan biridir. Bu birliyi daha da möhkəmləndirmək üçün üzərimizə düşən bütün vəzifələri yerinə yetirməyə hazırıq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir