İzmirdə “Doğu Akdeniz – 2025” təlimi keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Türkiyənin İzmir şəhərində “Doğu Akdeniz – 2025” (Şərqi Aralıq
dənizi – 2025) dəvət təlimi keçirilib.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimdə qardaş ölkənin hərbi qulluqçuları ilə
yanaşı Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup
heyəti, ABŞ-nin terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan
Ordusunun dəniz patrul təyyarəsi iştirak ediblər.




Təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı iştirakçı
ölkələrin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş
etdiriblər.

Qeyd edək ki, dəvət təliminə on doqquz ölkədən hərbi qulluqçular
müşahidəçi qismində qatılıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir