İran rialı tarixi minimumu yeniləyib

Baş səhifə

Bakı. Trend:

Bu gün (3 dekabr) İranın milli valyutası ial ABŞ dolları və avro
qarşısında tarixi minimumu yeniləyib.

Trend bu barədə
İran KİV-ə istinadən məlumat verib.

Hazırda İranda qara bazarda 1 ABŞ dollarının qiyməti 1,21 milyon
rial civarındadır. Halbuki ötən gün 1 ABŞ dolları 1,19 milyon rial
təşkil edib.




Hazırda ölkənin qara bazarında 1 avronun qiyməti 1,41 milyon
rial təşkil edir. Ötən gün isə 1 avronun qiyməti 1,38 milyon rial
olub.

Qeyd edək ki, ABŞ və qərb ölkələrinin İran əleyhinə iqtisadi
sanksiyaları, inflyasiya və bir çox digər problemlər ölkədə
iqtisadi vəziyyətin mürəkkəb olduğunu göstərir.

İran Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnəyə əsasən 1 ABŞ
dolları 646 min rial, 1 avro isə 748 min rialdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir