Cənub-Qərb nəqliyyat dəhlizi üzrə yükdaşımalarının həcmi artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Cənub-Qərb nəqliyyat dəhlizi
ilə daşınan yük həcmi 402,7 min ton təşkil edib.

Trend bu haqda
Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
123,4 min ton və ya 44% çoxdur.




Belə ki, keçən ilin yanvar-sentyabr aylarında Cənub-Qərb
nəqliyyat dəhlizi ilə daşınan yük həcmi 279,3 min ton təşkil
edib.

Qeyd olunmalıdır ki, ümumilikdə 2025-ci ilin yanvar-sentyabr
aylarında nəqliyyat dəhlizləri üzrə dəmir yolu ilə 10,556 milyon
ton, avtomobil nəqliyyatı ilə 8,009 milyon ton, dəniz nəqliyyatı
ilə isə 5,590 milyon ton yük daşınıb.

Tranzit yüklər dəmir yolu ilə daşımaların ümumi həcminin 46%,
avtomobil nəqliyyatı ilə daşımaların 41,9%-ni, dəniz nəqliyyatı ilə
daşımaların isə 94,7%-ni təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir