Azərbaycan Ordusunda psixoloqlar üçün təlim keçirilir (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Ordusunda xidmət edən psixoloqların bilik və
bacarıqlarını, peşəkarlıq səviyyələrini artırmaq, müxtəlif xidmət
şəraitlərində daha effektiv fəaliyyət göstərmələrini təmin etmək
məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə
İnstitutunda psixoloji təlim keçirilir.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimin ilk günündə qardaş Türkiyə
Respublikasından dəvət edilmiş psixoloq tərəfindən “EMDR terapiya”
(Eye Movement Desensitization and Reprocessing – Göz Hərəkətləri
ilə Desensitizasiya və Yenidən Emal) mövzusunda iştirakçılara
ətraflı məlumat verilib.




Plana əsasən təlim iştirakçılarına psixoloji travmalar, onların
yaddaşda hansı formalarda qalması, biopolyar pozuntular, uşaqlıq
qorxularının aradan qaldırılması metodları, döyüş və ekstremal
şəraitdə travma yaşayan hərbi qulluqçuların psixoloji
vəziyyətlərinin neyropsixoloji aspektləri və onlara effektiv dəstək
yolları, dərin psixoloji problemlərin aradan qaldırılması üsulları
və bu üsulların tətbiq mexanizmləri barədə geniş izahlar
verilir.

İnteraktiv formada təşkil edilən təlimdə iştirakçılar real
vəziyyətlərə əsaslanan nümunələri təhlil edərək, mövzu ilə bağlı
müasir elmi yanaşmalar və təcrübədə tətbiq olunan metodlardan
istifadə etməklə təcrübi tapşırıqlar vasitəsilə bilik və
bacarıqlarını artırmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycan Ordusunda xidmət edən psixoloqların
təkmilləşdirilməsi məqsədilə keçirilən təlim dekabrın 9-dək davam
edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir