Bu küçədə minib-düşmə yeri yaradılıb

Baş səhifə

Bakı.Trend:

AYNA tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin
sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək
məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, növbəti belə yer Səbail rayonunun Zərifə Əliyeva
küçəsi, giriş 57 ünvanında təşkil edilib və müvafiq lövhə
yerləşdirilib.




Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane
olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın
hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə
yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl
edilməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir