
Bakı. Trend:
Azərbaycan Çinin “Universal Energy” şirkəti ilə Qobustan Günəş
Elektrik Stansiyasında görülən işləri müzakirə edib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.
“Bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsi olan 100
MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasında birinci panelin
quraşdırılması çərçivəsində ölkəmizdə səfərdə olan “Universal
Energy” şirkətinin prezidenti Nan Yi ilə görüşdük. Stansiyanın
inşasının gedişi, əməkdaşlığın genişləndirilməsi, imkanları, eləcə
də şirkətin uzunmüddətli və təhlükəsiz enerji saxlama texnologiyası
üzrə təcrübəsi barədə fikir mübadiləsi apardıq”, – paylaşımda qeyd
edilib.
Qeyd edək ki, 2027-cı ilədək istismara verilməsi nəzərdə tutulan
Qobustan Günəş Elektrik Stansiyasında hər il təxminən 180 milyon
kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə
ildə 39 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı,
atmosferə atılan karbon emissiyalarını 86 min ton azaltmağa imkan
verəcək.

