Erlinq Haaland qollarının sayını 100-ə çatdırıb

Baş səhifə

Bakı. Trend:

“Mançester Siti” İngiltərə Premyer Liqasının 14-cü turunda “Fulhem” üzərində 5:4 hesablı qələbə qazanıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər”in hücumçusu Erlinq
Haaland bu görüşdə növbəti dəfə fərqlənib. Bu qol norveçli
forvardın İngiltərə çempionatında vurduğu 100-cü qol olub.




25 yaşlı futbolçu Premyer Liqa tarixində 100 və daha çox qol
vurmağı bacaran 35-ci oyunçuya çevrilib.

Xatırladaq ki, İngiltərə çempionatının ən yaxşı bombardiri hələ
də Alan Şirerdir. Onun aktivində 260 qol var. Şirerin ardından
Harri Kane (213) və Ueyn Runi (208) gəlirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir