“Liverpul” Salahla bağlı qərarını verdi

Baş səhifə

İngiltərə çempionu “Liverpul” adını futbol tarixinə qızıl hərflərlə yazan Məhəmməd Salahı satış siyahısına daxil edib.

Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, Salah İngiltərə klubunun “qara siyahı”sına düşüb. Buna səbəb onun bu mövsüm zəif nəticə göstərməsi olub. Premyer Liqada 12 matçda cəmi 4 qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalan Salah tərəfdarları məyus edib.

33 yaşlı futbolçunun klubu ilə 2027-ci ilə kimi müqaviləsi olsa da, onun mövsümün sonunda yola salınacağı gözlənilir.

“Liverpul” rəhbərliyi ümid edir ki, Səudiyyə Ərəbistanı klublarından biri Məhəmməd Salah üçün kisənin ağzını açacaq.

Qeyd edək ki, “Liverpul”un heyətində 419 oyunda 250 qol və 116 məhsuldar ötürmə ilə yadda qalan Salah klub tarixinin ən böyük hücumçularından biri sayılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir