Kreml Avropa liderlərini Moskvaya dəvət etdi

Baş səhifə

Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqları yalnız ABŞ-la apardığını açıqlayıb.

Modern.az-ın məlumatına görə, Vladimir Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Moskvanın mövqeyi artıq formalaşıb və Vaşinqtonla aparılan müzakirələrdə Rusiyanın təklifləri nəzərə alınacağına dair siqnallar alınıb.

Uşakovun sözlərinə görə, danışıqların gedişinə Rusiya ordusunun cəbhədə əldə etdiyi irəliləyişlər “müsbət təsir göstərib”. O iddia edib ki, Ukrayna İstanbul formatını davam etdirməkdən imtina edib, Avropa ölkələri isə “bütün təmaslardan qaçır”.

“Kreml NATO məsələsini də ABŞ nümayəndə heyəti ilə müzakirə edib”, – Rusiya rəsmisi bildirib. Onun sözlərinə görə, Ukraynanın NATO üzvlüyü mövzusu görüşdə qaldırılıb.

Uşakov əlavə edib ki, Rusiya Avropadan gələcək hər hansı təklifə açıqdır:

“Əgər hansısa Avropa lideri dialoq aparmaq istəyirsə, buyursun, Moskvaya gəlsin”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir