“Qobustan” Günəş Elektrik Stansiyasının inşası çərçivəsində ilk panel quraşdırılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə ilk hərrac
layihəsi – 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının
inşası çərçivəsində ilk panel quraşdırılıb.

Trend
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət
Agentliyinə istinadən xəbər verir ki, Çinin “Universal
International Holdings Limited” şirkəti ilə həyata keçirilən layihə
üzrə tikinti işlərinə cari ilin may ayında başlanıb.




Məlumata görə, tikinti işləri əsasən yerli şirkətlər tərəfindən
həyata keçirilir. 2027-ci ildə istismara verilməsi nəzərdə tutulan
stansiyada hər il təxminən 260 milyon kilovat-saat elektrik
enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon kubmetr
həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon
emissiyalarını 124 min ton azaltmağa imkan verəcək.

Qeyd edək ki, Çinin “Universal International Holdings Limited”
şirkəti ötən il COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf
Bankının (AYİB) dəstəyi ilə Azərbaycan Respublikası Energetika
Nazirliyi tərəfindən keçirilmiş hərracın qalibi olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir