
Bakı. Trend:
Almaniya 2029-cu ildə qadınlar arasında futbol üzrə Avropa
çempionatına ev sahibliyi edəcək.
Trend xəbər verir ki, bu
barədə UEFA İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində
keçirilən iclasında qərar qəbul olunub. Çempionatın oyunları
Münxen, Dortmund, Köln, Frankfurt, Düsseldorf, Leyptsiq, Hannover
və Volfsburq şəhərlərində keçiriləcək.
Avropa çempionatına ev sahibliyi uğrunda Almaniyadan başqa
Polşa, həmçinin Danimarka və İsveç birlikdə yarışıb.
Almaniya üçüncü dəfə bu çempionatı təşkil edəcək. Ölkə 1989-cu
və 2001-ci illərdə Avropa çempionatına ev sahibliyi edib.

