
Bakı. Trend:
Naxçıvanda keçirilən forumda çıxış edən Naxçıvan Muxtar
Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli
nümayəndəsi Ceyhun Cəlilov Zəngəzur dəhlizinin bölgənin gələcək
iqtisadi mənzərəsini müəyyən edən əsas layihələrdən biri olduğunu
bildirib.
Trend-in məlumatına görə, o
qeyd edib ki, Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində
reallaşacaq dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa quru
əlaqəsi yaradacaq, regional ticarət və logistikanı
sürətləndirəcək.
“Zəngəzur dəhlizi Türk dövlətləri arasında inteqrasiyanı yeni
mərhələyə daşıyacaq,” – deyə səlahiyyətli nümayəndə vurğulayıb.

