
Bakı. Trend:
Almaniya Bundesliqasında növbəti baş məşqçi istefası
gerçəkləşib.
Trend xəbər verir ki, “Maynts” Bo Henriksenlə yollarını ayırıb. Bu barədə klubun mətbuat
xidməti məlumat yayıb.
50 yaşlı danimarkalı mütəxəssislə mütəxəssislə müqaviləyə
qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Bo Henriksen 2024-cü ilin fevral ayında “Maynts”ın
baş məşqçisi postuna təyin olunmuşdu. Komanda ölkə çempionatında 12
turdan sonra 6 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində
qərarlaşıb.

