Rusiya-NATO Şurası ləğv edildi

Baş səhifə

Rusiya-NATO Şurası rəsmi olaraq ləğv edilib. Metbuat.az xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski açıqlama verib.

Brüsseldə NATO Xarici İşlər Nazirlərinin görüşündən sonra Radoslav Sikorski bildirib ki, NATO-nun Baş katibi Rusiya-NATO Şurasının artıq mövcud olmadığını elan edib. Sikorski, “Bu qurum Avropa təhlükəsizliyinin Rusiya ilə birlikdə qurula biləcəyi düşünülən dövrlərdə yaradılıb. Lakin o dövrlər artıq bitib. Bu gün biz Rusiyaya qarşı Avropa təhlükəsizliyini qururuq”, – deyə bildirib.

Qeyd edək ki, Rusiya ilə NATO ölkələri arasında məsləhət mexanizmi olan Rusiya-NATO Şurası 2002-ci ildə Romada yaradılıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir