ADSEA nümayəndə heyəti Qazaxıstana səfər edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları —
Ruslan Salmanov, Elmar Orucov, İlqar Həsənov, Raminə Abdullayeva və
İlqar Salmanlı Agentlik yanında Suların İstifadəsinə və
Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin fəaliyyətinin daha səmərəli
təşkili məqsədilə Qazaxıstan Respublikasına səfər ediblər.

Trend xəbər verir ki, səfər
Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli
320 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “Su ehtiyatlarından səmərəli
istifadəyə dair Milli Strategiya”dan irəli gələrək beynəlxalq
təcrübənin öyrənilməsi məqsədilə həyata keçirilib.

Nümayəndə heyəti səfər çərçivəsində Qazaxıstan Respublikasının
Su Ehtiyatları və İrriqasiya nazirinin müavini Aslan Abdraimov,
aidiyyəti departament rəhbərləri və tabeli qurumların
mütəxəssisləri ilə bir sıra görüşlər keçirib.

Görüşlər zamanı suların istifadəsi və mühafizəsi sahəsində
təqdimatlar keçirilib, su və su təsərrüfatı obyektlərinin, eləcə də
suların monitorinqi, uçotu, kadastrı və reyestri üzrə mövcud
mexanizmlər ətraflı müzakirə olunub. Həmçinin nəzarət sistemi və
qanunvericilik çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi
aparılıb.

Qazaxıstan tərəfi görüşləri yüksək qiymətləndirərək müvafiq
sahədə Azərbaycan təcrübəsinin də onlar üçün əhəmiyyət daşıdığını
bildirib.

Sonda tərəflər su ehtiyatlarının idarə olunması sahəsində iki
ölkə arasında əməkdaşlığın genişləndirilməsi təşəbbüsü ilə çıxış
ediblər.

Qeyd edək ki, səfər çərçivəsində Qazaxıstan rəsmiləri ilə
görüşlər davam etdiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir