Ukrayna ABŞ-də yeni təmaslara hazırlaşır

Baş səhifə

Bakı. Trend:

Ukrayna yaxın günlərdə ABŞ-də keçiriləcək görüşlərə hazırlıq
görür. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm
Umerov və Baş Qərargah rəisi Andrey Qnatov ABŞ Prezidenti Donald
Trampın nümayəndələri ilə dialoqu davam etdirməyə
hazırlaşırlar.

Trend xəbər verir ki, bunu
Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

“ABŞ-də görüşlərə hazırlaşırıq. Amerikalılar Moskvadan qayıdıb
Vaşinqtonda lazımi məsləhətləşmələri apardıqdan sonra Rüstəm
Umerov, Andrey Qnatov və müzakirələrdə iştirak etməli olan digər
şəxslər Prezident Trampın komandasının nümayəndələri ilə söhbətləri
davam etdirəcəklər”, – Zelenski bildirib.




Prezident vurğulayıb ki, yaxın günlərdə bu görüşlərlə bağlı yeni
məlumatların paylaşılması gözlənilir – istər şəxsi görüşlər,
istərsə də telefon danışıqları olsun, Ukrayna və tərəfdaşları
arasında daimi əlaqə təmin edilir.

“Hazırda proses kifayət qədər effektiv şəkildə irəliləyir –
Cenevrə və Floridadakı görüşlərdə Ukraynanın mövqeyi diqqətlə
dinlənildi. Bu, olduqca önəmlidir. Ümid edirik ki, bu yanaşma davam
edəcək. Ukraynanın maraqları nəzərə alınmadan ləyaqətli sülh mümkün
deyil”, – Zelenski qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir