Dakar universitetində polis və tələbələr arasında şiddətli toqquşma baş verib

Baş səhifə

Seneqalın paytaxtı Dakarda yerləşən ölkənin ən böyük ali təhsil ocağı — Şeyx Anta Diop Universitetinin ərazisində polis qüvvələri ilə tələbələr arasında şiddətli qarşıdurma yaşanıb.

APA xəbər verir ki, bu barədə Dakar Actu portalı məlumat yayıb.

Hadisə tələbələrin universitet rəhbərliyi ilə görüş tələb edərək təqaüd borclarının dərhal ödənilməsini istəməsi fonunda baş verib. Kütləni dağıtmaq üçün polis xüsusi vasitələrdən istifadə edib, tələbələr isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına daşla hücum çəkib. Universitetin əsas girişində polis tərəfindən blok-post qurulub.

Tələbə nümayəndələrinin bildirdiyinə görə, insident zamanı 16 nəfər xəsarət alıb, onlardan 6-sının vəziyyəti ağırdır.

Qeyd olunur ki, universitetdə etirazlar tədris ilinin əvvəlindən davam edir. Bir gün əvvəl universitet rəhbərliyi vəziyyətə nəzarət üçün hakimiyyətdən polis qüvvələrinin göndərilməsini xahiş edib. Təhsil ocağında təxminən 100 min tələbə təhsil alır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir