
Bakı. Trend:
Stiv Uitkoff və Cared Kuşner Prezident Putinlə kifayət qədər
yaxşı görüş keçiriblər.
Trend xəbər verir ki, bu
sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında
deyib.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsi heç zaman başlamamalı
idi. “Mən bu ofisdə olanda onlara dedim ki, kartları yoxdur. Həmin
vaxt barışmaq üçün yaxşı vaxt idi. Amma bunu etməmək qərarına
gəldilər. Amma Prezident Putin dünən Cared Kuşner və Stiv Uitkoffla
çox yaxşı görüş keçirib. Bu görüşdən nə nəticə çıxardığını sizə
deyə bilmərəm, çünki tanqo üçün iki nəfər lazımdır”,- deyə Tramp
əlavə edib.

