
Bakı. Trend:
İranın Hormozqan əyalətində H3N2 qripindən ilk ölüm hadisəsi
qeydə alınıb.
Trend xəbər verir ki, bu
barədə Hormozqan Tibb Universitetinin rektoru Pejman Şahroxi
məlumat verib.
Məlumata görə, 26 yaşlı xəstə qripdən vəfat edib.
Qeyd edilib ki, son üç gündə əyalətdə yuxarı tənəffüs
orqanlarını zədələyən virusların yayılma tezliyi narahatedici hal
alıb.

