Almaniya kosmik təhlükəsizlik sisteminə 35 milyard avro yatıracaq

Baş səhifə

Bakı. Trend:

Almaniya kansleri Fridrix Merts açıqlayıb ki, hökumət yaxın
illərdə kosmik təhlükəsizlik arxitekturasının qurulmasına 35
milyard avro həcmində investisiya ayıracaq.

Trend xəbər verir ki, Merts
bunu “Berlin Space Technologies” şirkətinə səfəri zamanı keçirilən
mətbuat konfransında deyib.

“Kommadan bir neçə il ərzində Almaniya hökuməti ümumilikdə 35
milyard avro məbləğində vəsaiti kosmik təhlükəsizlik
arxitekturasının formalaşdırılmasına yönəldəcək. Burada söhbət
təkcə müdafiədən yox, həm də innovasiyalardan və bu sahədə
topladığımız təcrübədən gedir”, – Merts bildirib.

O əlavə edib ki, ölkədə Elmi Tədqiqatlar, Texnologiyalar və
Kosmos Nazirliyi fəaliyyət göstərir:




“Biz belə bir nazirliyə malikik və müxtəlif sənaye sahələri,
sektorlar və ayrı-ayrı şirkətlərlə əməkdaşlıq əlaqələri qurmuşuq.
Bundan başqa, dövlət vəsaitləri hesabına gələcək kosmik uçuş
texnologiyalarına da investisiya yatıracağıq”, – kansler deyib.

Merts, həmçinin, noyabrın sonunda Bremen şəhərində keçirilən
Avropa Kosmik Agentliyinin Nazirlər Şurasının iclasını
xatırladıb:

“Hazırda növbəti mərhələ üçün layihələrə 5 milyard avrodan çox
vəsait ayrılıb. Bu isə göstərir ki, biz bu proqramı son dərəcə
ciddi qəbul edirik və təhlükəsizliklə müdafiə sahəsində
imkanlarımızı məhz bu ölçüdə qiymətləndiririk”, – kansler sözlərinə
yekun vurub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir