
ABŞ müdafiə naziri Pit Heqsetin Yəmən husilərinə endirilən hava zərbələri ilə bağlı məlumat paylaşdığı “Signal” messencerindəki çata səhvən jurnalistin əlavə olunması Pentaqon əməkdaşlarının təhlükəsizliyini risq altına salıb.
APA xəbər verir ki, bu barədə Associated Press mənbələrə istinadən məlumat yayıb.
İnsident ABŞ hərbi strukturlarında təhlükəsizlik protokollarının pozulması ilə bağlı ciddi narahatlıqlara səbəb olub.

