
Süni intellekt çatbotlarının təhlükəsizlik maneələrini keçə biləcək üsul kəşf edilib.
Metbuat.az xəbər verir ki, bu barədə dərc edilmiş məqalədə deyilir. Araşdırmaya görə, poetik üslubda yazılmış əmrlərdən istifadə edərək süni intellekt çatbotlarının təhlükəsizlik maneələrini keçmək olar. Bildirilir ki, tədqiqatçılar ənənəvi danışıq dili əvəzinə poetik formada yazılmış təlimatlar verməklə təhlükəsizlik filtrlərini keçə biliblər. Tədqiqat göstərib ki, bu metod çatbotlardan qadağan olunmuş məzmun və təhlükəli məlumatlar əldə etməyə imkan verə bilər.
Məlumata görə, tədqiqatçılar istifadə etdikləri poetik əmrlərin təfərrüatlarını ictimaiyyətə açıqlamayıblar. Bildirilib ki, poetik əmrlərdən istifadə çatbotlara nüvə bombası hazırlamaq üçün addımlar və maddələr, uşaq istismarı məzmunu və özünə zərər vurma üsulları kimi qəti qadağan olunmuş məlumatları əldə etməyə imkan verir.

