ABB sahibkarlığın maliyyələşdirilməsi sahəsində Mərkəzi Asiyanın ən yaxşı banklarındandır!

Baş səhifə

Bakı. Trend:

“SME Banking Agency” təşkilatının təşəbbüsü ilə Vyanada Kiçik və
Orta Sahibkarlıq üzrə Qlobal Bankçılıq Forumu (Global SME Banking
Forum) keçirilib. Forumda ABB də təmsil olunub. Bankın son illərdə
ölkəmizdə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi
istiqamətində həyata keçirdiyi layihələr haqqında iştirakçılara
məlumat verilib.

ABB-nin rəqəmsal maliyyələşmə məhsulları olan, tam rəqəmsal “Ani
kredit”, “Ticarət zəncirinin maliyyələşdirilməsi”, “Təcili
qarantiya” məhsulları təqdim edilib. Forumun “TOP20 SME Banks Award
Ceremony” hissəsində regionlar üzrə maliyyə qurumlarının
qiymətləndirilməsi aparılıb. ABB kiçik və orta sahibkarlığın
dəstəklənməsi sahəsində Mərkəzi Asiyanın 20 ən yaxşı bankından biri
və ölkə üzrə ən yaxşı rəqəmsal maliyyə alətləri təqdim edən bank
seçilib.




Forumda ABB-yə “Biznes bankçılıq” (kiçik və orta sahibkarlıq
seqmenti müştərilərinə ən yaxşı ənənəvi maliyyə xidmətləri göstərən
bank), “Rəqəmsal bankçılıq” (kiçik və orta sahibkarlıq seqmenti
müştərilərinə ən yaxşı rəqəmsal maliyyə xidmətləri göstərən bank),
“Rəqəmsal biznes maliyyələşdirməsi” (kiçik və orta sahibkarlıq
seqmenti müştərilərinə ən yaxşı rəqəmsal kreditlər təklif edən
bank) və “Beyond bankinq” nominasiyaları üzrə 4 mükafat da təqdim
olunub.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/
rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,
həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə
etmək olar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir