
Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan Bakı Metropoliteni noyabr
ayında ötən ilin eyni dövrü ilə müqayisədə 4,93% daha çox sərnişin
daşıyıb.
Trend xəbər
verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, bu ay həmçinin yeni texnoloji mərhələ ilə yadda
qalıb – ilk dəfə NFC ödəniş sistemi tətbiq edilib və sərnişinlər
tərəfindən böyük maraqla qarşılanıb.
NFC ilə daşınmış sərnişinlərin sayı: 2 157 384 nəfər
NFC bütün ödənişli keçidlərin 11%-ni təşkil edib.
Bu nəticələr sərnişinlərin sürət, rahatlıq və innovasiyanı
seçdiklərini göstərir.
Metro isə sərnişin etimadına daha təhlükəsiz və çevik
xidmətlərlə qarşılıq verir.

