AİB Orta Dəhliz boyunca CAREC-2-nin transformasiyası barədə danışıb (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Orta Dəhlizin tamdəyərli iqtisadi
marşruta çevrilməsi istiqamətində işlərin aktivləşməsi fonunda
Mərkəzi Asiya və Cənubi Qafqazda nəqliyyat, ticarət və enerji
sahələrində əməkdaşlığa dəstəyini gücləndirir.

Bunu Trend
AİB-in Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Leya
Qutyerres bildirib.

Onun sözlərinə görə, AİB-in əsas cari təşəbbüslərindən biri Orta
Dəhlizlə uzlaşan CAREC-2 dəhlizinin inteqrasiya olunmuş iqtisadi
dəhlizə çevrilməsidir.

AİB nümayəndəsi qeyd edib ki, həyata keçirilən tədbirlər bir
sıra ölkələrdə tənzimləmə sahəsində aparılan islahatlarla yanaşı,
infrastruktur və logistika üzrə investisiyaların birləşdirilməsini
nəzərdə tutur. Bu səylərin məqsədi tranzit–Xəzər əlaqəliliyinin
artırılması və region iqtisadiyyatları ilə onların xarici
tərəfdaşları üçün çıxış imkanlarının genişləndirilməsidir.




“Hazırda AİB CAREC-2 dəhlizinin inkişafı üzrə xüsusi yanaşma
hazırlayır ki, bu da hökumətlərlə və inkişaf tərəfdaşları ilə
əlaqələndirməni gücləndirməyə xidmət edəcək. Strategiya
modernləşdirilmiş sərhəd-keçid məntəqələri, ticarətin
rəqəmsallaşdırılması və logistika mərkəzlərinin inkişafı kimi az
xərcli və yüksək effektiv tədbirlərə üstünlük verəcək. Eyni zamanda
uzunmüddətli nəqliyyat yeniləmələri üçün baza yaradılacaq”, – deyə
L. Qutyerres bildirib.

O həmçinin əlavə edib ki, AİB regiondakı təşəbbüslərin
uzlaşdırılmasına yönəlmiş Avropa Komissiyasının Transxəzər
Nəqliyyat Dəhlizi üzrə Koordinasiya Platformasında iştirak
edir.

Energetika mövzusuna toxunan AİB nümayəndəsi, qurumun Asiya
İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlığının genişləndiyini
qeyd edib. Onun sözlərinə görə, hər iki institut Orta Asiyadan
Azərbaycana və buradan da Qərbə ötürülməsi nəzərdə tutulan elektrik
enerjisinin Xəzərin dibi ilə çəkilməsi planlaşdırılan kabel
vasitəsilə çatdırılmasını nəzərdə tutan “Yaşıl enerji dəhlizi”
layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına
dəstək göstərir.

O vurğulayıb ki, bu təşəbbüs ekoloji cəhətdən təmiz enerji
ticarətinə artan marağı və regionun əlaqəliliyi ilə uzunmüddətli
enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün böyük potensialı
əks etdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir