DVX xəttilə 11 ayda büdcəyə 15 milyard manatdan çox vəsait daxil olub

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar – noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin (DVX) xəttilə dövlət büdcəsinə 15 milyard
310,5 milyon manat vergi daxil olub, proqnoza 105,1 faiz əməl
edilib.

Trend dövlət
xidmətinə istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 315,1 milyon manat
və ya 2,1 faiz artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 11 milyard 187,6 milyon
manat olub, proqnoz 102,7 faiz icra edilib. Əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8,7 faiz
artıb.

Ödənilən vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun, 26,9
faizi isə neft-qaz sektorunun payına düşüb.




2025-ci ilin yanvar – noyabr aylarında muzdlu işçi sayının və
əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial
sığorta haqları üzrə daxilolmalar 5 milyard 733,6 milyon manat
təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü
ilə müqayisədə 11,7 faiz və ya 601,3 milyon manat artıb.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə
nisbətən 12,3 faiz artaraq 3 milyard 832,2 milyon manat olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni
dövrü ilə müqayisədə 10,4 faiz artaraq 203,0 milyon manat təşkil
edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,4 faiz artıb və
155,0 milyon manat olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni
dövrü ilə müqayisədə 10,1 faiz artaraq 1 milyard 6,3 milyon manat
olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,6 faiz artıb və
713,7 milyon manat təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir