Azərbaycan və Koreya mərkəzi bankları arasında əməkdaşlıq müzakirə edilib

Baş səhifə

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Koreya Mərkəzi Bankının sədri Çanq Yonq Ri ilə görüşüb.

APA-Economics” xəbər verir ki, bu barədə AMB sədri “X” sosial şəbəkə hesabında məlumat verib.

Görüş zamanı monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, dayanıqlı maliyyə məsələlərini müzakirə etdik. Bundan əlavə, sektorda texnoloji həllərin və yanaşmaların tətbiqi, dair təcrübələri nəzərdən keçirdik.

Görüşdə həmçinin Azərbaycan və Koreya mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən mərkəzi bankçılıq sahəsində təcrübə və biliklərin paylaşılmasına dair fikir mübadiləsi apardıq” – deyə paylaşımda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir